Azərbaycanda “TikTok” və “Telegram” bağlanıb? - Nazirlikdən açıqlama

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən "TikTok” və "Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.
Nazirlikdən "İnterPosta"ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.
Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və "Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26