Interposta.Info

Nazirlikdən müəllimlərin sertifikatlaşdırılması ilə bağlı açıqlama

Ölkə
 5-08-2022, 16:32     396

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqəti əks etdirmir.

Bu barədə "İnterPosta"ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb:

"Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26