Interposta.Info

Referendumun təxirə salınmasına - Rəsmi reaksiya

Dünya
 23-09-2017, 21:57     10 461

20:00

İraq Kürd Muxtariyyətinin keçirəcəyi referendumla bağlı şok məlumat yayılıb.

Axar.az xəbər verir ki, Kürdüstan Yurdsevərlər Birliyinin rəhbəri Pavel Tələbani referendumun təxirə salındığını bildirib.

Qeyd edək ki, İKM-nin müstəqillik referendumu 25 sentyabrda planlaşdırılırdı.

20:46

İraq Kürd Muxtariyyətindən referendumun təxirə salınması ilə bağlı yayılan xəbərə münasibət bildirilib.

Axar.az xəbər verir ki, bu barədə danışan İKM rəsmisi Mahmud Məhəmməd referendumun təxirə salınmasının həqiqəti əks etdirmədiyini və belə bir məsələnin gündəmdə olmadığını söyləyib.

Məsud Bərzaninin sözçüsü Həmin Havrami də Tvitter hesabındakı paylaşımında referendumun təxirə salınması barədə yayılan xəbəri təkzib edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26