ABŞ kürdlərdən bunu istədi:
ABŞ Dövlət katibi Reks Tillersonla İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, danışıq zamanı Tillerson Kürdüstanda 25 sentyabrda keçirilməsi planlaşdırılan referendumun təxirə salınmasını Bərzanidən xahiş edib.
Bərzani də öz növbəsində kürd xalqının gələcəyi ilə bağlı hansı alternativin olduğunu Tillersondan soruşub.
Kürd lider rəsmi Bağdadla birlikdə ortaya qoyulan hədəflərə çatmadıqları üçün Kürd Muxtariyyətinin öz taleyini müəyyən etmək haqqının olduğunu bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26