Interposta.Info

İranlı sürücünün cərimələri Azərbaycandakı şirkətin maşınına gəlir - VİDEO

Müxtəlif
 26-07-2022, 16:52     410

47-AA-105 dövlət nömrə nişanlı, KİA markalı avtomobilin sahibi bildirir ki, eyni nömrəli İran İslam Respublikasına məxsus TIR-ın cərimələri ona gəlir.

Avtosfer.az xəbər verir ki, şikayət videosu yayımlayan vətəndaş aidiyyəti qurumlardan kömək istəyib.

Vətəndaş deyir ki, bu hadisə dəfələrlə təkrarlanıb və hər dəfə də şikayət edərək cəriməni ləğv elətdirib.

“Bunun bir həlli yolu olmalıdır. İranlı sürücü nə vaxt ölkəyə gəlsə və qayda pozsa, onun cərimələri bizə gəlir. Əlavə vaxt itiriririk. Xahiş edirəm, bu məsələyə birdəfəlik bir çarə tapılsın”, - deyə vətəndaş qeyd edir.

İnterPosta.info videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26