Interposta.Info

Bakıda qırmızı işıqda keçən taksi qəza törətdi (VİDEO)

Ölkə
 29-12-2019, 11:03     451

Bakıda iki avtomobilin yolayrıcında toqquşması ilə nəticələnən qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Səməd Vurğun küçələrinin kəsişməsində baş verib.

Qəzaya səbəb Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Mercedes” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında keçməsi olub.

Belə ki, Hənifə Ələsgərov küçəsindən Səməd Vurğun küçəsinə çıxan digər "Mercedes” sürücüsü qarşısına çıxan eyni markalı avtomobilə dəyib.

Qeyd edək ki, hər iki avtomobil taksi fəaliyyəti ilə məşğul olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26