Interposta.Info

Azər Ayxan "Yeni Müsavat"dan getdi - Səbəbi belə izah etdi

Müxtəlif / Manşet
 6-07-2022, 21:33     406

"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.

"İnterPosta" xəbər verir ki, bu barədə "Yeni Müsavat"ın baş redaktoru Azər Ayxan öz sosial şəbəkə hesabında yazıb.

"Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.
Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər".

Azər Ayxanın özü və redaksiyadan hər hansı şəxslə əlqaqə yaratmaq mümkün olmayıb. "Yeni Müsavat" saytının redaktoru Xalid Kazımlı Qaynarinfo-ya məsələdən xəbərsiz olduğunu deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26