Interposta.Info

Röya Ayxan:

Maqazin
 31-01-2017, 22:36     1 742

 Röya Ayxan:

Müğənni Röya Ayxan Türkiyənin tanınmış sənətçisi Soner Sarıkabadayı ilə ərsəyə gətirəcəyi layihədən danışıb.

interposta.info xəbər verir ki, Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, cütlük birlikdə duet oxuyacaq və yeni mahnıya ekran həyatı verəcək: “Mahnı 4 ildir ki, yazılıb, o vaxtdan saxlayıram. Xoşlayıram ki, gözəl mahnıları toplayıb, vaxtı gələndə üzə çıxarım. Sonerlə duetimizə Belçikada klip çəkdirəcəyik. Klipi türkiyəli, Belçikada yaşayan rejissor çəkəcək. Türkcə bilmir, bir dəfə Hadisəyə, bir dəfə də Hande Yenerə klip çəkib. Əsasən reklamlar çəkir. Çox maraqlı ekran işi olacaq. Türkiyədə Sonerlə dostluq, sevgi rəmzini təqdim edəcəyik”.

Müğənni kliplərinə çox pul xərcləməsinin səbəbini də açıqlayıb: “Dollar qalxıb, evimiz yıxılıb. Sonerlə çəkilən klipimiz də bahalı olacaq, məbləğ açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, iş görməsək, pul da qazana bilmərik. Ona görə də işləmək lazımdır”.

Bir müddət öncə sosial şəbəkədə bir şəxslə əllərinin fotosunu paylaşan Röya şəxsi həyatından da danışıb: “O şəxsin sevgilim olduğunu deyə bilmərəm. Hansısa kişini yaxın buraxmaq asan deyil. Çünki böyük işlər görmək istəyirəm. Gələcək planlarımda sevgi yoxdur, önəmli layihələr var”.

interposta.info

 Röya Ayxan:
 Röya Ayxan:
 Röya Ayxan:
 Röya Ayxan:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26