Interposta.Info

Dünyada ilk dəfə H3N8 insanda aşkarlandı

Müxtəlif
 27-04-2022, 11:05     242

Çində H3N8 quş qripinə insanın ilk yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "BNO News" informasiya agentliyi Çin Milli Səhiyyə Komissiyasına istinadən bildirib.

Məlumata əsasən, infeksiya Henan əyalətinin Çjumadan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib. Yoluxma aprelin 5-də ev quşları ilə təmas nəticəsində baş verib. Uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilib.

Komissiyanın ilkin qiymətləndirməsinə görə, H3N8 ştammı "hələ insanlara effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil", ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26