Interposta.Info

Fərrux yüksəkliyində itkin düşən əsgər anasının yuxusuna girib... -  VİDEO

Müxtəlif
 2-04-2022, 09:55     335

30 ildən sonra Fərrux yüksəkliyində insan meyitlərinin qalıqlarının tapılması şəhid Natiq Qurbanovun ailəsinin ürəyində ümid işığı yandırıb.

"İnterPosta" İctimai TV-yə istinadən xəbər verir ki, ailə Şəkinin Baş Göynük kəndində yaşayır.

Şəhidin anası Şirmayət Qurbanova deyir ki, baş verənlər elə bil oğluna da əyan olub:

“Gecə Natiqi yuxuda görmüşdüm, səhər də televiziyadan belə bir xəbər eşitdik”.

Qeyd edək ki, son günlər Xocalı rayonunun Fərrux kəndi ərazisində insan sümüklərinin tapılması erməni vandalizminin daha bir sübutu kimi tarixə yazılır. Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyində 62 hərbiçimiz itkin düşüb. Ötən gün həmin şəxslərin adları açıqlanıb.

Daha ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26