Interposta.Info

Fərrux kəndində insan qalıqları aşkarlandı - FOTO/YENİLƏNİB

Ölkə
 29-03-2022, 23:27     370

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.
Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.

22:14

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.
Ətraflı

Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir./apa

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26