Interposta.Info

Gənclər və İdman Naziri,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə rəhbərliyi “Youthİnc.” Sahibkarlığa dəstək proqramının qonağı oldu.

Müxtəlif
 22-02-2022, 13:46     400

21 fevral 2022-ci il tarixindəAzərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov,Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Şahin Seyidzadə, Avrasiya və Yaxın Şərq regionunun Vitse-prezideni,, Qafqaz və Orta Asiya ölkələri üzrə baş direktor, Banu Karakullukcu,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru, Elşad Fərzəliyein“Youth Inc.” Sahibkarlığa Dəstək Proqramınıngənc sahibkarlar və startapçılarla görüşü baş tutub.
“Youth Inc.” Sahibkarlığa Dəstək Proqramı gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafında rolunu artırmaq məqsədlərini daşıyır.

Görüşdə “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə 2021-ci ildə həyata keçirilən “from Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları ilə birlikdə müzakirələr baş tutub.

"İnterPosta"nını məlumatına görə, görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikasınln Milli Məclisinin Deputatı, Şahin Seyidzadə, Avrasiya və Orta Şərq üzrə françayzinq üzrə vitse-prezident, Qafqaz və Mərkəzi Asiya üzrə baş menecer, Banu Karakullukcu,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru, Elşad Fərzəliyevöz təəssüratlarını iştirakçılar ilə bölüşüb.

Görüşün davamında, “Youth Inc” Sahibkarlığa dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları, öz startapları və gələcək planları barədə məlumatlarla bölüşüblər.Həmçinin, “Coca-Cola” şirkətinin xarici nümayəndələri tərəfindən, məzunlarımız mentorluq almaq şansı qazanıblar. Bunun əsasında, qonaqlar tərəfindən məsləhətlər verilmiş, müəyyən istiqamət almaları üçün müzakirələr aparılmışdır.

Qeyd edək ki, “from Start to Smart” layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mühəndislər birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilmişdir. “New Generation 2.0” layihəsi isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca Cola” Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesn İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilib.

İnterPosta.info











Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26