Interposta.Info

Lerikdə “Zəfər parkı”nın işığını kim kəsib?

Müxtəlif / Manşet
 13-02-2022, 00:56     484

Lerikdə “Zəfər parkı”nın işığını kim kəsib?

İnterPosta.info
xəbər verir ki, bununla bağlı Yeni Yol Partiyasının sədr müavini Mais Hüseyn özünün sosial şəbəkə hesabında paylaşım edib. O, tezliklə bu özbaşınalığa son qoyulmasını tələb edib:

“Ölkədən milyardlar oğurlayan, dövlətə 10 milyonlarla borcu olan xəyanətkar , vicdansızların nə qulağı kəsilir, nə də dövlətdən və xalqdan oğurlanmış pullarla tikdirdiyi obyektlərinin işığı...

Lerik rayonunda, Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində yerləşən, vətənə , torpağa sevgi nişanəsi olan, kasıb insanların dəstəyi ilə tikilib ərsəyə gələn bu kiçik kompleksin, "Zəfər Parkı”nın işığını kəsən və ya kəsdirən qeyrətsiz, sənin vicdanın, namusun, qeyrətin varmı?!

Mən bu parkın açılışında şərəfsiz, rüşvətxor, insanlıqdan kasad məmurların şəhid valideyinləri ilə bir sırada durmasına öz etirazımı bildirmişdim, yenə bildirirəm. Harda ölüb rayon rəhbərliyi, harda ölüb şəhidlər bizim balamızdır- deyən aktyor məmurlar?! Harda ölüb o ön sırada duranlar ki, bu biabırçılığa bir müdaxilə edib yoluna qoya bilmirlər”-deyə o, bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26