Interposta.Info

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum oldu

Ölkə
 20-03-2021, 11:35     408

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri olaraq Xətai rayonunda "Hərbi Qənimətlər Parkı"nın ərazisi müəyyən edilib", - Mədəniyyət Nazirliyindən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26