Interposta.Info

Elman Rüstəmovdan bir milyardlıq əməliyyat iddiası ilə bağlı açıqlama

Müxtəlif / Manşet
 28-01-2022, 15:15     277

"Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə Mərkəzi Bankı (TMB) ilə svop razılaşmasına dair danışıqlar aparmır".

"İnterPosta" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.

Xatırladaq ki, xarici mətbuatda yayılan məlumatlara görə, iki qurum 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəyir.

"Bu məlumatı biz də görmüşük. Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - baş bankir əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26