Interposta.Info

Elman Rüstəmov bankirlərlə toplantı keçirdi –

İqtisadiyyat
 27-01-2017, 12:51     588

Elman Rüstəmov bankirlərlə toplantı keçirdi –

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə görüş keçib

interposta.info xəbər verir ki, Bank sistemindən Modern.az-a daxil olan məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə Modern.az-a açıqlama verib.

O bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərlərilə ilk görüşü deyil: “Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın “üzən məzənnə” siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır”.

V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: “Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26