Interposta.Info

“Facebook”, "İnstagram" və "WhatsApp"da bu qadağan olundu 

Müxtəlif
 11-10-2021, 21:33     428

“Facebook” şirkəti öz platformları, həmçinin “WhatsApp” və “Instagram” vasitəsilə qoruq torpaqları alverinə son qoymaq üçün tədbir görəcək.

Şirkətin verdiyi açıqlamada “Facebook Marketplace” platformunda yerləşdirilən elanların bundan belə ciddi yoxlanılacağı, qoruq torpaqların adına rast gəlindiyi halda belə elanların silinəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin fevral ayında BBC tərəfindən aparılmış araşdırma zamanı adıçəkilən platform vasitəsilə Amazon çayı hövzəsində qorunan tropik meşələrdə geniş torpaq sahələrinin qanunsuz satıldığı üzə çıxmışdı./hit

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26