Interposta.Info

Qarabağa həsr olunan “Əsir düşərgəsi” kitabı əsasında sənədli film çəkildi - VİDEO

Müxtəlif
 10-09-2021, 10:12     513

Birinci Qarabağ savaşında xalqımızın başına gətirilən müsibətlərə dair zaman-zaman əsərlər yazılıb, şahidlər dindirilib. İstər əsirlik həyatı yaşayanlar özləri, istərsə də işgəncələrlə qətlə yetirilən insanların yaxınlarının söylədikləri faktlar şəklində kitablarda işıq üzü görüb.
Lakin bu gün torpaqlarımızın azad olunması imkan verir ki, həmin baş verən hadisələri elə o ərazilərdə, şahidlərin dilində eşidilərək lentə alaq.
Tariximizə dəyər verən və olanları gələcək nəsillərə olduğu kimi çatdırmağa əzmlə çalışan İTV publisist Vüsalə Məmmədovanın qələmə aldığı “Əsir düşərgəsi” kitabı əsasında sənədli filmlərin çəkilişini davam etdirir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26