Interposta.Info

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başladı (VİDEO)

Siyasət / Manşet
 26-11-2021, 20:28     483

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

"İnterPosta" xəbər verir ki, danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir.

Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26