Interposta.Info

Vaksin etdirmək hamiləliyə necə təsir edir? - Ginekoloq

Müxtəlif
 9-08-2021, 17:36     497

"Vaksinin hamilə qadına heç bir təsiri yoxdur”.

Bunu "İnterPosta"–ya açıqlamasında Biləcəri Dəmir Yolu Xəstəxanasının mama-ginekoloqu Təranə Fətəliyeva təzə ailə quranların vaksin etdirməsinin hamiləlik yaranacağı halda qadına necə təsir göstərməsi sualına aydınlıq gətirərkən deyib. Ginekoloq bildirib ki, xəstələri arasında COVİD-ə qarşı vaksin vurdurub hamilə qalanlar üstünlük təşkil edir:

"Hazırda onların hamiləlikləri davam edir və uşağın ana bətnində yaxşı inkişafı var. Mənim xəstələrimin bəziləri qış aylarında COVİD oldular. Hətta onlardan biri iki dəfə COVİD-ə yoluxub. Normal da uşaq dünyaya gətirdi. Vaksin vurdurub hamilə qalanların arasında birinci hamiləyi olanlar da var. Onlar hamiləliyini pozdurmurlar, uşağı dünyaya gətirəcəklərində israrlıdırlar. Eləsi var 4 aylıq, eləsi də var 24 həftəlikdir, normalda hamiləlik keçirdirlər”.

Təranə Fətəliyeva bildirib ki, xəstələr arasında COVİD-ə yoluxan, amma vaksin vurdurmayanlar var:

"Onların vəziyyəti ağırdır. Amma vaksin vurduran xəstələr isə özünü yaxşı hiss edir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26