Interposta.Info

Vaksin sonsuzluq yaradır? - Həkim açıqladı

Müxtəlif
 26-10-2021, 23:02     217

"Koronavirusa qarşı vaksinlərin sonsuzluq yaratmasına dair heç bir sübut yoxdur”.

Bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev nazirliyin sosial şəbəkələrdəki hesablarına daxil olan sualları cavablandırarkən deyib.

COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi? - sualını cavablandıran həkim bu iddiaların əsassız olduğunu deyib:

"Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamiləlik üçün çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”./axsam.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26