Interposta.Info

Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

Müxtəlif
 7-06-2021, 13:23     537


Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Azxeber.com-un məlumatına görə, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26