Interposta.Info

Metro nə vaxt açılacaq? (RƏSMİ)

İqtisadiyyat
 5-05-2020, 19:33     591

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 11-də Bakı Metropoliteni QSC-nin fəaliyyətini bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"İnterPosta" "Report”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Metronun fəaliyyətinin bərpa edilməsi vəziyyətdən asılıdır. Hər şey xəstəlikdən asılıdır. Mayın 11-nə doğru tendensiyanın necə olacağı müvafiq qərar qəbul etməyə imkan verəcək”, - İ.Məmmədov vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26