Interposta.Info

Bakı metrosu nə vaxt açılacaq? (RƏSMİ)

Ölkə
 27-04-2020, 11:37     359

"Metro sərnişinlərinin üzünə hər zaman açıqdır".

Bunu "İnterPosta"ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metronun açılması Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qərarına bağlıdır:

"Hələ bir məlumat yoxdur. Metronun açılmasına Operativ Qərargahın qərarından asılıdır. Amma biz hər zaman hazırıq. Əsas vəzifəmiz infrastrukturu qorumaqdır".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə "Bakı Metropoliten"ində qatarların hərəkəti 31 mart 2020-ci dayandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26