Interposta.Info

Operativ Qərargah Bakı, Sumqayıt və Abşeronda bağçaların açılacağı tarixi elan etdi

Ölkə
 9-09-2020, 12:57     656

Nazirlər Kabineti yanında Operativ Qərargah bağçaların açılmasına dair məlumat yayıb.

"İnterPosta" həmin məlumatı təqdim edir:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bu barədə Nazirlər Kabinetinin 330 №li Qərarı bu gün imzalanıb və rəsmi sayta yerləşdirilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26