Interposta.Info

Ramazanda yoluxma riski 4-5 dəfə arta bilər VİDEO

Müxtəlif
 14-04-2021, 21:11     362

Ramazanda yuxu və qidalanma rejiminin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu səbədən şəkər, ürək-damar problemi olan, xronik qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin oruc tutması tibbi olaraq məsləhət görülmür.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. O bildirib ki, xroniki xəstəliyi olduğu halda oruc tutan şəxslərdə xəstəliklərin ağırlaşması müşahidə edilib.

Sədirov onu da qeyd edib ki, iftar süflərində insanların toplaşması epidemioloji vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər:
“Ramaz ayında iftar süfrələrində insanların sıx toplaşması müşahidə olunacaq. Bu, yoluxma riskinin 4-5 qat artmasına səbəb ola bilər. Bu səbəbdən mümkün olduğu qədər iftarda sıx toplaşmamaq faydalıdır. Əks halda vəziyyətə nəzarət etmək çox çətin olacaq. Bu gün yoluxma göstəriciləri yüksək tendesiya ilə davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26