Interposta.Info

"Məcburi köçkün müharibə veteranlarına dəstək” İctimai Birliyi “Qafqazın Lideri” adlı kitab nəşr etdirib

Müxtəlif
 18-03-2021, 18:17     458

Müharibə Veteranları arasında xüsusi hörmətə malik "Məcburi köçkün müharibə veteranlarına dəstək” İctimai Birliyi tərəfindən 44 günlük Vətən Müharibəsi zamanı Azərbacan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Müzəffər Ordumuzun Qələbəsini əks etdirən xalqa müraciətləri və kütləvi informasiya vasitələrinə veridyi müsahibələri, eləcədə işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı çıxışlarının xülasəsindən ibarət 500 nüsxədə “Qafqazın Lideri” adlı kitab nəşr edilib.


Kitab Birliyin öz vəsaiti hesabına, məcburi köçkünlərin xahişləri əsasında hazırlanmış və məcburi köçkünlərin məskunlaşdıqları 10 qəsəbədə keçiriləcək görüşlər zamanı orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə paylanması nəzərdə tutulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26