Interposta.Info

Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ

Gündəm
 16-11-2020, 15:25     833

“Biz, bu gün böyük qayıdışın astanasındayıq. Bu çoxşaxəli və geniş bir proqram olacaq”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O bildirib ki, məcburi köçkün soydaşlarımızın işğaldan azad olunmuş doğma torpaqlarına qayıdışı könüllü qaydada aparılacaq:

“Beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı sorğuların nəticəsi olaraq məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, bu proses könüllülük əsasında aparılacaq.

Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq”, - deyə, qurumun sədr müavini əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26