Interposta.Info

Pandemiya zamanı virusa qarşı ən güclü immunitet açıqlandı

Müxtəlif
 25-12-2020, 10:58     480

İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.

"İnterPosta" "Report”a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.

Virusoloq "Sputnik” radiosuna müsahibəsində qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.

"İnsanlar immuniteti ya hər hansı bir şəkildə yoluxma nəticəsində əldə edirlər: əlamətsiz, yüngül, orta dərəcədə və ya bir peyvəndin köməyi ilə - mexanizm eynidir", - deyə virusoloq izah edib.

Butenko qeyd edib ki, peyvəndin testləri vaksinləmədən sonra antitel səviyyəsinin təbii olaraq xəstələnənlərdən daha yüksək olduğunu göstərib. Ancaq mütəxəssis əlavə edib ki, bu, yeganə göstərici deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26