Interposta.Info

Dünyada koronavirus peyvəndlənməsi bu tarixdə başlaycaq

Müxtəlif
 5-09-2020, 09:58     549

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus əleyhinə geniş miqyaslı peyvəndləmənin 2021-ci ilin ortalarında başlayacağını gözləyir.

"İnterPosta" report-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş elmi işçisi Sumya Svaminatan bildirib.

"Dünyaya milyardlarla doza lazımdır, amma bunun üçün vaxt tələb olunur. Buna görə, real danışsaq, biz 2021-ci ilin ortalarında əhalinin peyvəndlənməsi üçün vaksinin dozalarını göndərməyə başlaya biləcəyik", - Svaminatan deyib.

Onun sözlərinə görə, hazırda ÜST bir neçə vaksinin sınaqlarının son nəticələrini gözləyir. Təşkilat bundan sonra onların istehsalı texnologiyalarının yayılmasını təşkil etmək və preparatı milyardlarla doza almağa başlamaq niyyətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26