Interposta.Info

Azərbaycanda dövlət rəsmisinə çip qoyuldu

Müxtəlif
 3-09-2020, 20:40     676

Azərbaycanlı könüllü olaraq bədəninə elektron çip yerləşdirilməsinə qərar verib.

"İnterPosta" bildirir ki, fins.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, belə bir qərarı İnnovasiya Agentliyinin rəhbəri Tural Kərimli verib.

Elektron çip onun əlinin üstünə dərialtı implant şəklində yeridilib. Çip T. Kərimlinin xaricidə meştirak etdiyi texnoloji sərgi çərçivəsində diqqətini çəkib və onun implant edilməsi məhz bu tədbir çərçivəsində həyata keçirilib.

Təmassız məlumat mübadiləsi funksiyasına malik olan çip, bir sıra xidmətlərdən yararlanmağa imkan yaradır. Onların sırasında hazırda populyar olan təmassız ödənişlərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26