Interposta.Info

“Şər-böhtan, təhqir kampaniyasına dözə bilmirik”

Müxtəlif
 17-08-2020, 17:27     927

Bir qrup laçınlı ziyalı ictimaiyyətə müraciət etdi

“Laçında hamı bir-birini özü qədər çox yaxşı tanıyır. Biz Laçın ziyalıları son zamanlar sosial şəbəkələrdə rayon ziyalılarının, eləcə də rayonumuzun ayrı-ayrı vəzifəli şəxsləri barəsində haqqa-ədalətə sığmayan şər-böhtan, daha dəqiq desək təhqir kampaniyasına dözə bilməyərək, gerçəkliyi ictimaiyyətə çatdırmağı özümüzə borc bildik”.

"İnterPosta" xəbər verir ki, bu fikirlər bir qrup Laçın rayon ziyalılarının ictimaiyyətə müraciətində bildirilib.

Müraciətdə qeyd edilir ki laçınlıların illərdir tanıdığı Elbrus Məmmədovun, onun oğlu Səxavət Məmmədovun sosial şəbəkələrdəki təhqirli, şər-bötanlı çıxışları rayon ictimaiyyəti arasında ciddi narazılıqla qarşılanır.

Laçınlı ziyalılar müraciətlərində Elbrus Məmmədovun vaxtilə Laçının Qarakeçdi kənd 2 saylı orta məktəbində direktor işləyərkən öz qulluq mənafeyindən istifadə etməsindən bəhs edərək, dövlət əmlakını taladığına görə 06.05.2002-ci il tarixdə Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, təkrar törədildikdə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyini vurğulayıblar.

Ziyalılar müraciətlərində bildiriblər ki, belə bir adam son 10 ildə rayona rəhbərlik edən icra başçılarının dövründə əlavə imkanlara sahib olmaq üçün heç cür məqbul hesab edilməyən iddialarını həyata keçirməyə çalışırlar.

Müraciətdə deyilir:

“Elbrus Məmmədov 1970-ci illərdən bu günədək dövri olaraq rayonda yersiz, əsassız şikayətlərlə məşğul olan şəxs kimi tanınır, demək olar ki, o, hər il ayrı-ayrı vaxtlarda müəyyən məsələlər ətrafında öz şəxsi məqsədlərinə nail olmaq üçün heç bir fakta əsaslanmadan yalan, böhtan və iftira dolu şikayətlər yazır, öz vərdişkar hərəkətlərindən əl çəkmir. Hamımız yaxşı bilirik ki, Elbrus Məmmədov oğlu Səxavət Məmmədovun əvvəllər müvəqqəti icra etdiyi 37 nömrəli Laçın tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmasını bərpa etməyə çalışır. Hamımız yaxşı bilirik ki, Səxavət Məmmədov direktorların işə qəbulu müsabiqəsindən keçə bilmədiyi halda dolayı yollarla rayonda görülən müsbət işlərə kölgə salmaq, yaradılmış sağlam atmosferi çirkləndirmək məqsdi güdür. Səxavət Məmmədov boğazacan zibil içində olduğu halda rayonumuzun ziyaıları və rəhbər vəzifəli şəxsləri haqqında açıq təhqirlərdən, yalanlar və şayiələr söyləməkdən belə çəkinmir. Bizlər buna reaksiya verməyə bilməzdik. Hansı ki, Səxavət Məmmədov 37 saylı məktəbdə direktor vəzifəsini icra etdiyi dövrdə yol verdiyi ciddi nöqsanlara görə Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, təkrar törədildikdə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;),179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək ona xeyli məbləğində cərimə cəzası təyin edilmişdir”.

Müraciətdə qeyd edilir ki, Elbrus və Səxavət Məmmədovların Laçın ziyalıları adından öz şəxsi mənafeləri üçün şər-böhtan dolu çıxışları müqəddəs müəllim adına ləkə olmaqla ziyalıların adına töhmət gətirir.

Daha sonra müraciətdə vurğulanır:

“Onlara Laçın ziyalıları adından danışmağa heç kim haqq verməmişdir. Bir neçə qeyri-sağlam müxalifət yönümlü saytlara milli mentalitetimizə yaraşmayan məlumatlar ötürənlərə və bu gün də hüquq mühafizə orqanları tərəfindən haqqına olaraq həbs edilmiş Əfqan Sadıqlı kimilərinə əsassız məlumatlar verənlərə aramızda yer olmamalıdır.

Biz ziyalılar hər kəsi düz yola, düz səmtə səsləyir, hamılıqla dövlətimizə, xalqımıza bağlanır, ölkəmizin inkişafı üçün əzmlə çalşırıq.

Buradan bir daha həmin qəbildən olan, şantaj, yalan, böhtan, təhqir kampaniyasını özlərinə sənət yolu seçənlərə səslənirik ki, nə qədər gec deyil haqqın yoluna qayıdın! Yoxsa, aramızda sizin kimilərə yer olmayacaq. “Yalan ayaq tutar amma yeriməz”, “Oğru elə bağırdı doğrunun bağrı yarıldı” kimi xalq deyimləri əsrlər boyu öz hikmətini saxladığı kimi bu gün də hikmətini saxlayır. Hesab edirik ki, belə adamlar vicdan naminə ziyalı qınağından nəticə çıxaracaqlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26