Interposta.Info

Biz, buna düşmən ideoloji işinin, təxribatının nəticəsi kimi baxırıq - FOTO

Müxtəlif
 16-07-2020, 22:53     929

Dünən Sumqayıt şəhəri məcburi köçkünlər icmasının bir qrup üzvləri ölkədə tətbiq edilən karantin rejiminə əməl etmək şərti ilə 12 ci mikrorayon, məcburi köçkünlər şəhərciyində bir yerə toplanaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətində təxribat törətdiklərini hiddətlə qınadıqlarını, şanlı ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduqlarından qürur duyduqlarını, dövlətimizin başçısı cənab İlham Əliyevin bu gün bizim üçün ən gərəkli olan xarici siyasət, ordu quruculuğu sahəsindəki fəaliyyətini, kadr islahatlarını və korrupsiyaya qarşı qətiyyətli mübarizəsini dəstəklədiklərini bəyan etmişlər.

Toplantı iştirakçıları düşmənin bizə qarşı elan edilməmiş savaş açdıqları bir vaxtda xaricdən dəstəklənən bəzi qüvvələrin daxildə çaxnaşmalar yaratmaq istəmələrindən də narahatlıqlarını bildirmişlər. Toplantıda çıxış edənlər ideoloji mübarizəyə səngər müharbəsi qədər əhəmiyyət verilməsini diqqətə çəkərək hamını, xüsusən yurd-yuvası işğalda qalan məcbiri köçkünləri bu mübarizədə fəal olmağa səslədilər.
Toplantıda qeyd etdilər ki, əgər dərindən araşdırılsa məlum olacaq ki, Azərbaycan əleyhinə yutub kanallarında yalan və böhtan vay-şivəni salanlar erməni kəşfiyyat orqanlarının ələ aldığı adamlardır. Bəziləri də maddi maraq müqabilində beynəlxalq irtica mərkəzlərinin proyektlərinə cəlb edilənlərdir. Biz, məcburi köçkün həyatı yaşayan insanlar olaraq həmişə heç bir daxili və yaxud xarici təhdidlərdən qorxmadıq, çəkinmədik, həmişə də dövlətimizi, müstəqilliyimizi qorumaga hazır olduq, bu gün də hazırıq, həmişə də hazır olacağıq!
Çıxış edənlər eyni fikirlə qeyd etdilər ki, bir gün əvvəl qəhrəmancasına şəhid olan qəhrəman generalımızın nəşinin Sumqayıtda qarşılanması və şəhidlər xiyabanda dəfn edilməsi üçün Bakıya yola salınma mərasimində minlərlə insanımızın, xüsusi ilə gənclərimizin Qarabağ uğrunda mübarizədə yüksək ruhlu olduqlarının, dövlətimizin, onun başçısının yanında durduqlarının şahidi olduq.
Lakin çox təəssüf ki, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq” və s. patriot ruhlu şüarlarla küçələrə axışan Azərbaycan insanının müqəddəs ruhunu başqa yana yönəltməyə çalışanlar da oldu. Sosial şəbəkələrdə saxta profillər yaradaraq şəhidlərimizə saygısızlıq ab-havası yaratmaq cəhdlərinə də rast gəlmək olur.
Biz, buna düşmən ideoloji işinin – təxribatının nəticəsi kimi baxırıq.
Bir avaragor Tovuz cəbhəsində hərbi hissəmizin düşmən tərəfindən dağıdıldığı haqda video və səsyazısı yayır, biriləri ölkədə qanunverici orqan olan Milli Məclisin binasına zədə vurur, dövlətə məxsus polis avtomobilini aşırırlar. Ola bilsin ki, həmin hadisəni törədənlərin bəziləri eyforiyaya qapılaraq, anlaqsız vəziyyətdə həmin hadisədə iştirak etmişlər, ancaq onları yönəltmək istəəyənlər, xalqımızın yüksək vətənpərvərlik ruhundan əndişəyə düşən arakelin, ivanın, sorosun gədələri daha təhlükəlidirlər, hökmən layiq olduqları cəzalarını almalıdırlar.
Biz, toplantı iştirakçıları əminik ki, dövlətimiz və onun başçısı cənab İlham Əliyev beynəlxalq aləmdə siyasi təminatı təşkil etməklə işğal olunmuş ərazilərimizin tezliklə azad edilməsinə nail oçacaq, bizi öz doğma yurd-yuvalarımıza qaytaracaqlar.
Toplantı iştirakçıları:
1). Hüseynov Qəzənfər Rüstəm oğlu, Laçın şəhəri, Sumqayıt şəhəri məcburi köçkünlər icma şurasının sədri.
2). Mahmudov Oktay Allahverdi oğlu, Qubadlı rayonu, Çay Tumas kəndi, Qarabağ uğrunda döyüşçü.
3). Məhəmmədov Məmməd Humay oğlu, Cəbrayıl rayonu, Dağ Tumas kəndi.
4). Baxşalıyev Sevindik Cavanşir oğlu, Cəbrayıl rayonu, Daşkəsən kəndi, ehtiyatda olan zabit, Qarabağ uğrunda döyüşçü.
5). Şükürov Əli Sücaət oğlu, Qubadlı rayonu, Mahruzlu kəndi, kənd ağsaqqalı, təqaüdçü.
6). İsmayılov Arif Yaqub oğlu, Qubadlı rayonu, kənd ağsaqqalı, təqaüdçü.
7). Əkbərov Əkbər Yusif oğlu, Kəlbəcər rayonu, Qaragüney kəndi, Qarabağ uğrunda döyüşçü.
8). Abbasov Namiq Yaqub oğlu, Laçın rayonu, Mığıdərə, ehtiyatda olan zabit, şəhid ailəsi, Qarabağ uğrunda döyüşçü.
9). Şükürov İmran Balaca oğlu, Qubadlı rayonu, Qayalı kəndi, şəhid ailəsi.
10. Qarayev Salam Allahverdi oğlu, Qubadlı rayonu, Aşağı Mollu kəndi.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26