Interposta.Info

“Yeni yoluxma ilə bağlı məlumatlar dəqiqləşdirilir” - Operativ qərargahın üzvü

Müxtəlif / Ölkə
 2-03-2020, 13:22     549

"Azərbaycanda koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti stabildir”.

"İnterPosta" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, yeni yoluxma ilə bağlı məlumatlar dəqiqləşdirilir:

"Hələlik virus şübhəsi olan şəxslərdən götürülmüş nümunələrin cavabları açıqlanmayıb. Laborator müayinələrin cavabını gözləyirik”.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 89 074 nəfərə, ölənlərin sayı isə 3049 nəfərdir.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26