Interposta.Info

Yasamallılar 10 ilin deputatını tanımadı - VİDEO

Müxtəlif / Manşet
 23-01-2020, 00:49     723

Ölkədə fevral ayıının 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizəd olan iddialıların əksəriyyəti buraxılan parlamentin keçmiş deputatlarıdır.

Bu namizədlərin içərisində elələri var ki, 15-20 il deputat stajına malikdirlər. Ancaq buna baxmayaraq "seçildikləri" dairədə onları sadə insanlar tanımır.

Seçiciləri tərəfindən tanınmayan deputatlardan biri də 10 ildir ki, 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatı Ülvi Quliyevdir.

Dünən media.tv-nin Yasamal rayonunda apardığı videosorğuda sakinlərin əksəriyyəti Ülvi Quliyevi tanımadıqlarını bildirib.

Qeyd edək ki, bir müddət öncə jurnalist Cavanşir Həsənli Ülvi Quliyevin Avropada dəyəri on milyonlarla ölçülən obyektlərinin sənədlərini yaymışdı.

Məlumat yerli mediada və sosial şəbəkələrdə böyük rezonans doğursa da Ülvi Quliyev tərəfindən təkzib edilmədi.

Onuda xatırladaq ki, Ülvi Quliyev seçicilərinə şəkili olan çaşqa, kitabça, qələm və s. hədiyə dəsti təqdim edib və bunu ictimayiləşdiriblər. Hədiyələrin içində namizədin foto şəkili olan çaşqa mediada dahada qabarıq formada təqdim edilib.

İnterPosta.info videosorğunu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26