Interposta.Info

“Əhali qlobal qida terroru qarşısında məhv olub gedəcək” - Elçin Bayramlı

Müxtəlif / Manşet
 24-12-2019, 14:58     1 223

Gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq. Bu məntəqələr daha çox bu sahədə monopoliyanın yaradılmasına və sabibkarlara süni maneələr yaradılmasına səbəb olacaq?..

Ekspert: “Qida Təhlükəsizliyi Agentliyi qlobal qida terroru həyata keçirən qüvvələrlə əlbirdir. Çünki məhz sağlam təbii qidalarla mübarizə aparır, ən qorxulu qidalara isə dəstək verirlər”

“Dünən İTV nin palma yağı ilə bağlı süjetini paylaşmışdım. İndi baxıram ki, İTV-yə süjeti sildiriblər. Demək ölkədə ən qüdrətli dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir”.

Bu sözləri “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı gələn ildən Azərbaycana idxal olunan qida məhsullarının sərhədlərdə yoxlanmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq.


Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq: “Qida təhlükəsizliyinə nəzarət məntəqələri sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".

Qoşqar Təhməzli əlavə edib ki, gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan, bitki mənşəli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək: “Bu sistem ölkəyə idxal olunan qida məhsullarının həm çevik şəkildə idxalına, həm də təhlükəsizlik göstəricilərinin təmin olunaraq əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək”.

Bu məntəqələrin yaradılması ölkəyə idxal olunan yararsız məhsulların qarşısını almaq üçün yararlı olacaq, yoxsa məntəqələr daha çox bu sahədə monopoliyanın yaradılmasına və sabibkarlara süni maneələr yaradılmasına səbəb olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı ilə müzakirə edib.
“Əhali qlobal qida terroru qarşısında məhv olub gedəcək” - Elçin Bayramlı

Elçin Bayramlı: “İddia edirəm ki, mağazalardakı qida məhsullarının azı 90 faizi təbii deyil və sağlamlıq üçün təhlükəlidir”.

Qida Təhlükəsizliyi Agentliyinin ləğv olunmalı olunmasının daha effektli olacağını bildirən ekspert PİA.az-a açıqlamasında bildirib ki, qida terroru ilə mübarizə üçün yeni kadrlarla yeni dövlət orqanı yaradılmalıdır:

“Mən artıq Qida Təhlükəsizliyi Agentliyinə inanmıram. Açığı Agentlik yarananda sevinmişdim, amma tezliklə başa düşdüm ki, vəziyyət daha da pisləşib.

Qida Təhlükəsizliyi Agentliyi problem həll etmək əvəzinə problemi qaldırana qarşı hücuma keçirlər. Keçən dəfə bütün işçilərini səfərbər edib mənim üstümə saldılar. Bu palma temasını, ümumiyyətlə yağ məsələsini mən qaldırmışam və neçə vaxtdı gündəmdədir. Bu barədə yazanların, paylaşanların şikayət edib profilini bağladırlar. Dünən İTV nin palma yağı ilə bağlı süjetini paylaşmışdım. İndi baxıram ki, İTV-yə süjeti sildiriblər. Demək ölkədə ən qüdrətli dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir. Hamıya gücləri çatır və heç kim bunlara bir söz deyə bilmir.

Mən şübhələnirəm ki, Qida Təhlükəsizliyi Agentliyi qlobal qida terroru həyata keçirən qüvvələrlə əlbirdirl. Çünki məhz sağlam təbii qidalarla mübarizə aparır, ən qorxulu qidalara isə dəstək verirlər. İndi də sərhəddə bunların nümayəndəsi oturub, çox vaxt heç yerində də tapılmır. Sadəcə pulu alıb kağıza qol çəkir, zərəli qidanı öıləyə buraxır. Beləliklə də, kefin nə istəyir ölkəyə gətirə bilirsən.

Elçin Bayramlı: “Bunlar ölkəmizə xalqımız qarşı qida terroru ilə mübarizə aparmaq əvəzinə kənddən sağlam heyvan gətirib satan qəssabları məhv etməyə çalışırlar ki, ət monopoliyası bazara tam hakim olsun”.

Konkret iddia edirəm ki, mağazalardakı qida məhsullarının azı 90 faizi təbii deyil və sağlamlıq üçün təhlükəlidir. Ən dəhşətli vəziyyət isə yağlarla bağlıdır. Zibil qiymətinə satılan yağlar ancaq zibil ola bilər. Bunlar ölkəmizə xalqımız qarşı qida terroru ilə mübarizə aparmaq əvəzinə kənddən sağlam heyvan gətirib satan qəssabları məhv etməyə çalışırlar ki, ət monopoliyası tambazara hakim olsun. Bir də hərdən xırda dükanlarda "bomba" tapırlar. İri mağazalara iri istehsaçılara girişmirlər.

Bu agentlik ləğv olunmalı, qida terroru ilə mübarizə üçün yeni kadrlarla yeni dövlət orqanı yaradılmalıdır. Ölkədə özəl laboratoriyalar olmalıdır. Əks halda əhalimiz qlobal qida terroru qarşısında məhv olub gedəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26