Interposta.Info

Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”

Müxtəlif / Manşet
 15-10-2019, 20:52     10 564

"4 il öncə Braziliyada Qida İstehsalı Konqresində iştirak zamanı bu məsələni gündəliyə çıxartdım".

"İnterPosta.info"nun məlumatına görə, bu sözləri Qaynarinfo-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov palma yağının insan orqanizminə zərəri olub-olmaması haqda danışarkən bildirib.

Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı: “Azərbaycanda...”

Ekspert qeyd edib ki, qida üçün istehsal olunan palma yağının əslində insan orqanizminə zərəri yoxdur:

"Konqresdə müzakirə zamanı məlum oldu ki, palma yağının 2 növü var. Palmanın dənələrindən, toxumlarından qida üçün hazırlanan yağ və ağacın gövdəsindən sənaye məqsədi ilə hazırlanan palma yağı. Orada həmçinin Rusiya, MDB nümayəndə heyəti də vardı. Və mənə məlum oldu ki, MDB-də palma yağı istehsal olunmadığı və MDB-yə əsasən islam ölkəsi olan İndoneziya və Malayziyadan idxal olunduğu üçün Rusiyanın yağ istehsalçılarının buna qarşı böyük informasiya basqısı var. Palma yağının zərəri ilə bağlı MDB-də yayılan bu məlumatlar doğru deyil. Avropa bazarında rahatlıqla palma yağı satılır. Hətta İsveçrədə istehsal olunan körpə qidalarının tərkibində palma yağı olduğunu görürük, üzərində də qeyd olunub. Bir sözlə, qida üçün hazırlanan yağlar normal yağlardır və istehsal oluna bilər. Sənaye məqsədi ilə istehsal olunan palma yağının qidaya daxil olması əlbəttə, yolverilməzdir. Buna görə də AQTA Azərbaycanda palma yağlarını yoxlayır və qida üçün Azərbaycana satılan palma yağları təhlükəsizdir".

Qeyd edək ki, Rusiyada palma yağlarının satışına qadağa qoyulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26