Interposta.Info

Lavaş bizə məxsusdur, mədə niyyətli oğrulara yox…

Müxtəlif
 6-12-2019, 23:17     2 431

Mənəvi-mədəni dəyərləri olmayan çılız məxluqlara-ermənilərə xitabən…

İdmi və yaşam mədəniyyəti olmayanların mədəni irsi ola bilməz.Ermənilər kimi…

Dünyanın bütün nöqtələrində yaşayan xalqların,millətlərin hər birinin özünəməxsus mədəni dəyərləri var.Xüsusən də,yaşam tərəzini formalaşdıran mətbəx mədəniyyəti…Azərbaycan bir coğrafi məkan olaraq tarixən öz zəngin mədəniyyəti ilə dünyanın diqqət mərkəzində olub.Yemək və mətbəx mədəniyyəti də özünəməxsusluğu ilə fərqlənib.Çünki bu dəyərlərimiz mədə niyyətili olmayıb,sözün əsl mənasında mədəniyyət olub.Azərbaycan türklərinin və bizim coğrafiyada yaşayan digər etnik xalqların mətbəx ənənləri tarixin bütün dövrlərində fərqliliyini qoruyub saxlayıb və günümüzə kimi gəlib çıxıb.

Azərbaycan mətbəxində ən müqəddəs nemət isə təbii ki,çörək olub.Hətta,xalq arasında bir deyim də formalaşıb:”Biz çörək sevən,çörəyi çox yeyən xalqıq”.Bu onu göstərir ki,çörək və çörək məhsullarının qida rasionumuzda xüsusi yeri var.Təndir çörəyi,yayma,yapma,təpitmə,xamralı,fətir,yağlı fətir,yuxa,sac lavaşı,təndir lavaşı və s.çörək növlərini misal göstərmək olar.Azərbaycan mətbəxində önəmli yeri olan çörək növlərindən biri,bəlkə də birincisi lavaşdır.Tarixə nəzərə salsaq görərik ki,lavaşın ilk dəfə nə zaman bişirildiyi haqqında məlumat yoxdur.Bu amil isə onun qədimliyinə dəalət edir.Çünki dünyanın ən qədim xalqlarından olan türklər mövcud olandan onun qidalarından biri də məhz lavaş çörəyi olub.Lavaşın türk xalqlarının mətbəxinə aid olması həm də elat mədəniyyəti ilə bağlıdır.Elat mədəniyyəti və köçəri,mövsümi həyat tərzi türklərə xas dəyərlərdəndir.Gec xarab olduğuna görə yuxa çörəyi,yəni lavaş elə türk azuqəsi sayılır.Türk xalqlarına aid olan tərəkəmə tayfalarının arandan dağa, dağdan arana köç etməsi tarixən bir neçə gün vaxt aparıb.Məhz elat köçü yorulanda dincəlmək üçün münasib yer seçəndə nənələr, analar ocaq qalayıb, sac asıb, lavaş-yuxa yayardılar,..


Məlumat üçün qeyd edək ki,Lavaş və ya yuxa su, un və duzdan istifadə etməklə hazırlanan çörək növüdür. Un, su, duz qatışıqlı xəmir əl ilə yoğrulduqdan sonra ondan kiçik kündələr düzəldilir. Sonra kündələrdən xəmir taxtası və ya yuxa taxtası adlanan xüsusi dairəvi kiçik masa üzərində oxlov vasitəsilə 2 millimetrlik naziklikdə, bəzən isə bundan daha nazik yayılaraq açılır.Açılmış yuxa həm sac üzərində, həm də təndirdə yapma üsulu ilə ərsəyə gəlir.Altında od qalanan qızmış sacın üzərinə hazırlanmış lavaş yuxası sərilərək,təndir divarına isə yapılaraq bişirilir. Bişirilmə texnikasına görə lavaş sacüstü və təndir yuxası adlanır.Lavaş çörəyinin bəzi növlərini Kəlbəcər,Qarabağ,Naxçıvan,Qərbi Azərbaycan və digər bölgələrdə quru halda həftələrlə, aylarla saxlayıblar.Səyahət zamanı,o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur.

Zərifliyi,nazikliyi və xüsusi ölçüsü ilə diqqət çəkən lavaşdan “əlüstü” qidalanmada,xalq dili ilə desək dürməkdə istifadə olunur.Lavaşdan düzəldilən arası pendir,şor,qaymaq və təbii kərə yağla doldurulmuş dürməkdən Azərbaycanda,Türkiyədə,Cənubi Azərbaycanda,Orta Asiyada və Qafqazda ləziz qida kimi geniş istifadə olunur.Çünki bu qidanı ayaq üstə,atdan enmədən rahat şəkildə yemək mümkündür.İçərisi bu cür doldurulmuş lavaş dürmək (dürüm) adlanır. Bu sözə qədim türk yazılı nümunələrində rast gəlinir və o, dür/tür — çevirmək, fırlatmaq, eşmək, bükmək kimi türk feli ilə bağlıdır.
Lavaş bizə məxsusdur, mədə niyyətli oğrulara yox…

Dilçilik elminə görə, “lavaş” sözünün mənşəyi iki hissədən ibarətdir: “lav” və ya “lay” “qat” deməkdir, “aş” isə bütün türk dillərində “qida” anlamı verir. Beləliklə, “lavaş” “qat-qat qida” anlamını ifadə edir.

Son illər lavaş mövzusu mənfur qonşularımızın özünüküləşdirmə iddiasından sonra daha çox müzakirə mövzusu olub. Ancaq xam xəyalda olan şərəfini itirmiş qonşularımız özləri də yaxşı bilirlər ki, lavaş Azərbaycan xalqına, ümumilikdə türklərə aiddir, onların icad etdiyi, süfrələrə gətirdiyi müqəddəs nemətdir.

Xatırladaq ki,2015-ci ildə Ermənistan tərəfindən UNESCO-ya təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verirdilər və yalnız onlara məxsus olmasını iddia edirdilər.Ermənistan tərəfi həm iclasdan öncə, həm də iclas zamanı israrla lavaşın erməni çörəyi adı altında UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsinə cəhd göstərdi.Ancaq simasızlıqları baş tutmadı.Belə ki,Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin Azərbaycan və Türkiyə tərəfinin birgə səyi ilə qarşısı alındı və Komitə tərəfindən qəbul edilmədi.Sonrakı mərhələdə isə Azərbaycanın Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin qarşısı aldı.Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman olduğu kimi öz dəyərlərinə sahib çıxmaqla, onu yad nəzərlərdən qoruya bildi.

Azərbaycanın Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü,göstərdiyi səylər və dəstək nəticəsində Mədəniyyət Nazirliyi lavaşın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması üçün genişmiqyaslı işlər gördü.Bunun nəticəsi olaraq Lavaş çörək bişirmə ənənəsi 2016-cı ildə “Lavaş, Katırma, Jupka, Yufka – Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” adı ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.

Qafqazın qara ləkəsi olan mənfur ermənilər bir şeyi qanmalıdırlar.Onların eksklüziv heç nələri yoxdur.Təkcə özlərinəməxsus simasızlıq və həyasızlıqlarından başqa…
Müəllif:İnqilab Şirinbəyli “Kanal32” İnformasiya Agentliyinin rəhbəri,AJB-nın üzvü

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26