Interposta.Info

Lənkəran Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı oldu

Mədəniyyət
 9-11-2021, 13:08     424


"Lənkəran Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı oldu".

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov bildirib.

Onun sözlərinə görə, 4 il Dünya Mətbəxt Paytaxtı Azərbaycanda, Lənkəranda fəailiyyət göstərəcək:

"Məlumat artıq UNESKO-nun saytındadır, zəhməti keçən hər bir kəsi, Heydər Əliyev Fondunu, Azərbaycanın Birinci Vitse prezidentini, Milli Məclisin Mədəniyyət Komitəsini, Mədəniyyət Nazirliyini, Lənkəran İcra Hakimiyyətini, bu işdə əməyi olan bütün kulinarlarımızı ürəkdən təbrik edirəm. Yenə qazandıq! UNESKO-ya və BMT-yə məktub müraciət Azərbaycan Milli Kulinariya Assosiyasından edilmişdi. Uzun illərdi ki, səssiz-küysüz brendlər yaradır, bu yolu gedirdik".

Tahir Əmiraslanov əlavə edib ki, Lənkəranda keçirdiyimiz tədbirlər də bu yola xidmət edirdi:

"UNESKO-ya və BMT-yə ikinci məktub müraciəti göndərməyi bizə müxalif, lakin naxələf olmayan Azərbaycan Aşpazlar Gildiyasına imzalatdıq, bu gənc təşkilatı da beynəlxalq proseslərə qoşduq. Təbriklər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26