Interposta.Info

Goranboyda qoçuluq edən Qoçuyev - Gedin istəyirsiniz prezidentə deyin - VİDEO

Müxtəlif / Manşet
 29-08-2019, 18:34     10 762

Goranboy rayonuna sığınan köçkünlər köçürən məmurlar kimdir?

"İnterPosta.info"nun məlumatına görə, rayonun Ağcakənd kəndinin "Gülüstan" yolunun üst yaylağında düşərgə salan bir qurup məcburi köçkün ailələri zorla yaylaqdan çıxardılır. Bunu deyən düşərgə sakinləri bildirirlər ki, bura "Qarabağ"a yaxındır, qocalarımızı, xəstələrimizi gətirib, suyumuzu, havamızı dəyişirik.

Laçın rayonundan olan İbrahimov Aslan İdiris oğlu bildirir ki, Goranboy rayon Başkənd kəndinin ərazi icra numayəndəliyinin icra numayəndəsi Qoçuyev Rafiq bizə bildirir ki, sizin torpaqlar "Laçın"dadır köçün buradan gedin, istəyirsiniz gedin prezidentə deyin!

Vətənimizdən ermənilər biz didərgin salıb, bizdə azərbaycanın digər ərazilərinə sığınmışıq, amma Qoçuyev Rafiq kimi məmurlar bizə bu boş əraziləridə çox görür. Necə olur ki, Başkənd kəndinin icra numayəndəsi Qoçuyev Rafiq gəlib Ağcakənd inzibati ərazisində yer əkə bilir, amma biz buranın havasından, suyundan istifadə edə bilmirik?
İddialara münasibət bildirimək üçün, qarşı tərəfi dinləməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz VİDEO müraciətdə:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26