Interposta.Info

GORANBOY RAYONUNDA UNUDULMUŞ KƏND- Yoxsa Rus-Borisi- Əhali PAYTAXTA üsyana hazırlaşır- VİDEO

Manşet / Paradoks
 3-04-2017, 08:57     12 888


Goranboy rayon Rus-Borisi kəndinin sakinləri prezident aparatına yüyrüş etməyə hazırlaşır.

interposta.info-a müraciət edən sakinlər bildirirlər ki, rayon icra başçısı Nizaməddin Quliyevin də bu kəndin acnacaqlı taleyindən xəbəri var. Vətəndaşlar bildirirlər ki, kəndin hal-hazırdakı elektirik və su probilemi həll olunmaz bir məsələyə çevirilib.

Şikayətçilər bildirirlər ki, Goranboy rayon icra başçısı Nizaməddin Quliyevin tabeliyində olan aidiyyatı orqanlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də 300 təsərüfatı olan kəndin problemi günü-gündən artır.
interposta.info-a danışan şikayətçilər bildirirlər ki, on minlik elektirik xəttinin yer səthinə yaxın olması səbəbindən hər il onlarla iri və kiçik buynuzlu mal-qara tələf olur. Kənd əhalisinin şəxsi hesabına təmir olunmuş elektrik naqillərinin tamamilə sıradan çıxması əhalinin uzun müddətli elektiriksiz qalmasına səbəb olur.
Ölüm saçan elektrik naqiləri bu günə qədər neçə kənd sakininin ölümünə səbəb olmuşdur! Kənd arası çəkilmiş elektirik naqilləri ağacların arasında olduğu üçün dəfələrlə yanğın hadisəsi baş vermişdir.

Şikayətçilər bildirirlər ki, bu kənd rayon rəhbərliyinin tamamilə yadından çıxıb. Bu kəndin unudulmasına sübut olaraq elektirik dirəklərinin yaşının bilinməməsi və tam yararsız durumda olmasıdır. Video kadrlardan da göründüyü kimi istifadə müddəti bitmiş və sözün həqiqi mənasında Allah ümüdünə qalan bu elektirik xəttlərinə cavabdeh olan Goranboy rayon işıq idarəsinin əməkdaşları hər ayın axırı işıq pulu yığmağa gəlirlər. Rus-Borisi kəndinin sakinləri bildirirlər ki, Goranboy rayon işıq idarəsinin rəisi Ziya müəllimə və rayon icra başçısı Nizaməddin Quliyevə etdikləri müraciətlərin saylarını itiriblər.

Bu səbəbdən də çıxış yolun Azərbaycan Respubilkasının Prezidentinə video müraciətdə görüblər!

Daha ətraflı interposta.info-a göndərilən video kadırlarda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26