Interposta.Info

İcra başçısı kənd sakinlərini Bakıya “qovur”

Ölkə
 12-02-2018, 18:21     10 472

Ağstafa rayonu Poylu kəndinin sakinləri heyvandarlıqla və əkinçiliklə məşğul ola bilmir. Buna səbəb rayon çayının suyunun qurumasıdır. Onlar dövlət tərəfindən qazılan artezian quyularından isə yararlana bilmirlər.

interposta.info xəbər verir ki, bu barədə bir qrup kənd sakini Minval.info-ya məlumat verib. Sakinlər artezian suyunun örüş sahələrinə və xüsusi şəxslərə verildiyini deyir. Onlara ayrılan pay sahələrinin isə yarasız vəziyyətdə qaldığı bildirilir.


"Heç kim bizimlə maraqlanmır. Örüş sahələrimiz zəbt olunub. Qazılan artezianın bizə heç bir xeyri yoxdur. Son 5 ildə istifadəyə verilən 3-cü arteziandır, amma şəxsi insanlara xidmət edir. Dəfələrlə müvafiq orqanlara müraciət etmişik. Lakin heç bir tədbir görülməyib. Çox pis vəziyyətdə yaşayırıq. Heyvanlarımızı otarıb ailələrimizi saxlaya bilmirik” – kənd sakinləri deyir.

Onların sözlərinə görə, Ağstafa rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problemləri həll olunmur: "1 ildir icra başçısının qəbuluna getməkdən dabanımız yara olub. Nə şikayətə baxan, nə də camaatın qayğısını çəkən var. Bilmirik dərdimizi kimə söyləyək. Rayon icra başçısının qəbuluna getdik, müavini onunla görüşə buraxmadı, bizi qovdular. Bizə deyirlər gedin kimə istəyirsiniz şikayət edin. Kimə müraciət edək? Dərdimizi demədiyimiz qurum qalmayıb. Mal-qaranı otarmaq müşkülə çevrilib”.

Sakinlər çıxış yolunu evlərini və mal-qarasını satıb Bakıya gəlməkdə görür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26