Interposta.Info

Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR

Müxtəlif
 4-03-2019, 19:28     10 599

Novruz bayramı münasibətilə Laçın rayonundan olan keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkib, bayram sovqatları aparıblar.

Mart ayının 3-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon filialının sədri Babək Aslanov, filialın üzvləri qarabağ veteranları Çingiz Abbasov, Rəfayıl Mirzəyev, Elsevər Hüseynov, Habil Muradov, Xəyyam Nəsirov, Murad Kərimov və Firdovsi Tağıyev Mingəçevir şəhərində məskunlaşan I-ci qrup Qarabağ əlili İskəndərov Natiq Mənsur oğlunun, Şəki rayonunun Daşbulaq kəndində məskunlaşan şəhid Verdiyev Cahid Şikar oğlunun, Qəbələ rayonunun Zarağan kəndində məskunlaşan şəhid Kərimov Əlinin və Qax rayonunun İbaxlı kəndində məskunlaşan şəhid Vəliev Cəbrayıl Məhyəddin oğlunun ailəsini ziyarət ediblər.

Novruz bayramı münasibətilə şəhid ailələrinə edilən səfərdə təşkilat nümayəndələri şəhidlərimizin qəhramanlıq dolu döyüş yollarından bəhs etmiş, qüdrətli ordumuzun gücü ilə yaxın zamanda qələbə qazanacağımızı, əzəli və əbədi torpağımızı, doğma yurdumuz olan Qarabağı işğaldan azad edəcəyimizi bildiriblər.

Şəhidlərimizin məzarları ziyarət edilib, ailələrinə bayram sovqatı paylanılıb.

Sonda qazilər şəhid ailələri ilə xatirə şəkilləri çəkdiriblər.

İnterPosta.info

Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkiblər - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26