Interposta.Info

Musiqi həyatımızın ayrılmaz hissəsidir

Müxtəlif
 25-01-2019, 00:44     10 789

Həyat iztirab və kədər versə, sükunəti musiqidə axtarın. (Konfiçyüs)

Musiqi insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Bəzən bir musiqi sənin söyləmək istədiklərini söyləyər. Hansı ki, sən onları sözlə ifadə edə bilmirsən. Bizim həyatımız ta beşikdən indiyə qədər musiqi ilə əhatələnib. Analarımız bizə həm layla demiş, həm də oxşamalar. Bu da bizi ilk musiqi ilə tanışlığımızdır. Həyatımızın sevincli, qüssəli anlarında müxtəlif musiqiləri dinləyirik. Hər dövrün isə öz musiqisi olur. Musiqi xalqları, millətləri, ölkələri birləşdirir. Musiqidən müxtəlif xəstəliklərin müalicəsi üçün də istifadə olunur. Musiqinin müxtəlif növləri vardır ki, həmin musiqiləri dinləmək hər insanın zövq məsələsidir. (rok, pop, caz və s.). Şən musiqi insana müsbət enerji aşılayır, xoş əhval-ruhiyyə yaradır. İnsana müsbət enerji verən musiqilərə milli musiqilər də daxildir. Musiqilər pis və yaxşı olmaqla iki cür özünü göstərir. Yaxşı musiqi insanın zövqünü oxşayan musiqidir. Pis musiqi isə heç bir məzmun kəsb etməyən musiqidir. Musiqi insanın insana təsirindən daha çox təsir edir.

Musiqi həyatımızın ayrılmaz hissəsidir

Musiqi insanın zövqünü oxşamalıdır. Zövq oxşayan musiqi daha çox sevilir və dinlənilir. Musiqi əzələlərdəki yorğunluğu aradan qaldırır, insana gümrahlıq və rahatlıq gətirir. Musiqinin insana təsirini araşdıran alimlər bir məqamı vurğulayırlar ki, əsasən klassik musiqi insana möcüzəvi şəkildə təsir göstərir. Buraya daha çox Vilvadi, Motsart, Bethoven, Çaykovski və digər bəstəkarların əsərləri daxildir. Azərbaycan musiqisinin tarixinə nəzər saldıqda görürük ki, musiqiyə öz dəyərli töhvələrini verənlər arasında Səfiəddin Urməvi, Əbdülqadir Marağai, Mirzəbəy, M.M.Nəvvab, Mirzə Sadiq, Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Müslüm Maqamayev, Bülbül (Murtuza Məmmədov), Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rəşid Behbudov, Vaqif Mustafazadə və digər görkəmli şəxsiyyətləri göstərə bilərik. Onlar Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazılmışdır.Azərbaycan musiqisi indinin özündədə inkişaf edir və etməkdədir.
Türkanə Hacı

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26