Interposta.Info

Rəsul Quliyev "Xarıbülbül" festivalından yazdı

Siyasət / Ölkə
 13-05-2021, 19:27     473

Amerikada mühacir həyatı yaşayan eks spiker Rəsul Quliyev Şuşada keçirilən "Xarıbülbül” musiqi festivalından yazıb.

R. Quliyev bildirib ki, bu festivalı sıradan bir musiqi festivalı kimi dəyərləndirmək olmaz:

"Xarıbülbül” musiqi festivalını sıradan bir musiqi festivalı kimi dəyərləndirmək olmaz. Bu, musiqi festivalından qat-qat yuxarı əhəmiyyət kəsb edir. Bu festival Azərbaycanın qətiyyətini, gücünü, ərazilərinin sahibi (ağası) olduğunu bütün dünyaya nümayiş etdirdi.

Mən əminəm ki, ermənilərin çox böyük bir hissəsi evlərindən gizlində olsa bu festivala baxıblar.
Bir neçə dəfə İrəvanda olmuş insan kimi ermənilərin Azərbaycan musiqilərini necə dinlədiklərinin canlı şahidi olaraq buna əminəm".

Rəsul Quliyev bildirib ki, bu festival ermənilərə Köçəryan və o tipli yaramazların verdikləri vədləri tamamilə darmadağın etdi:

"Xarıbülbül” musiqi festivalının keçirilməsi təşəbbüsünü irəli sürmüş, həyata keçirmiş hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bir vətəndaş olaraq bunları görmək olduqca qürurlandırıcı idi...

Eyni zamanda, "Xarıbülbül” musiqi festivalında iştirak etmiş müxtəlif xalqların nümayəndələrinə, xanəndələrə, rəqs qruplarına, o cümlədən Azərbaycanın böyük sənət ustalarının talantına eşq olsun deyirəm...

Tanrı Azərbaycanımızı qorusun!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26