Interposta.Info

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir
 

Ölkə / Manşet
 12-05-2021, 17:04     454

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada "Xarı bülbül” musiqi festivalında iştirak edəcəklər.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezidenti İlham Əliyev bildirib.

İ.Əliyev qeyd edib ki, Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək:

"Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.

Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26