Interposta.Info

Xarici tələbələr “Azərbaycan” şeirini səsləndiriblər - VİDEO

Müxtəlif
 30-12-2018, 18:37     10 446

Dünya Azərbaycanlıları Assambleyasının Moskva üzrə nümayəndəsi, Rusiyada təhsil alan azərbaycanlı tələbə Məmmədəli Həsənov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycanlılara həsr olunmuş maraqlı təbrik videoçarxı hazırlayıb.
Məmmədəli Həsənov, Rusiya Xalqlar Dostluğu Universitetində magistratura pilləsində təhsil alır. Həmyerlimizin hazırladığı videoda 13 ölkənin – Rusiya, Türkiyə, Çin, Myanma, Monteneqro, Tacikistan, İran, İraq, Ukrayna, Sudan, Suriya, Moldova və Türkmənistanın vətəndaşları dünya azərbaycanlılarını Həmrəylik günü münasibətilə təbrik ediblər. Xarici ölkə vətəndaşları təqdim olunan video çarxda Azərbaycan şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini səsləndiriblər.

İnterPosta.info sözü gedən kadırları təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26