Interposta.Info

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev ilə olan MÜSAHİBƏ

Müxtəlif / İdman
 20-12-2018, 22:03     11 389

-Futboll ve sən- necə oldu ki , məhz bu idman növünü seçdin və neçə yaşından topla dostlaşdın?

Bu idman növünə nədən marağım yaranıb. Uşağlığdan da idmana qarşı sevgim olub və başqa idman növləri ilə də məşğul olmuşam və ən çox üstünlük verdiyim futbol idman növü olub. Zaman-zaman qoymayıblar evdən idmanla məşğul olmağa . İlk Elnur Zeynalov olub məşqçim .Onu həmişə vurğulayıram ve düşünürəm ki, onu vurğulamaq mənim borcumdur bir müəllimim kimi. Onun sayəsində bir az futbolla tanış oldum. Məni gətirdi öz komandasına ‘’REOGEN’’ uşaq məktəbi var idi o vaxt. Orada futbolla məşğul oldum bir az. Sonra ‘’Qarabağ’’ın afişaları yayıldı şəhərdə (Özünə güvənən bütün uşaqları biz yoxlanışa dəvət edirik) və məndə məşqçimlə danışdım belə qərara gəldik ki, bu seçmələrə mən də qatılım. Qatıldıqdan sonra artıq 2006-ci ildən ‘’Qarabağ’’ hekayəmiz başladı.

-Qarabağda oynayanda özünü hansı tanınmış oyunçu kimi hiss edirsən? Qarabağdan başqa hansı klubda oynamaq istərdin , istər legeoner kimi , istərsə də yerli klublarımızda?
Qarabağda oyunlara çıxanda özümü tanınmış oyunçu kimi hiss etmirəm. Qarabağda meydana çıxanda özümü təbliğatçı kimi hiss edirəm, özümü əsgər kimi hiss edirəm, itirdiyimiz Qarabağ uğruna canfəşanlıq edən bir gənc kimi görürəm özümü. Heç vaxt özümü bu klubda oynayıram deyə məhşur hiss etməmişəm ve belə bir hissimdə olmayıb. Sadəcə əlimizdən gələn o olub ki, daima bu klub üçün ən yaxşısını edək və bu klubun dünyada tanınması üçün hər zaman maksimum nəticə göstərək. Bir çox təkliflər olub ölkədən də, ölkədən xaricindən də. Ölkədən xaricdəki təklifləri bəzi problemlərə görə qəbul etməmişəm , amma ölkə daxilindəki klublarda oynamağ istəmədiyim üçün bir şey yoxdu. Bir çox yerlərdə də demişəm nə qədər ki ‘’Qarabağ’’ mənə qapını göstərməyincə mən oranı tərk etməyəcəm. Heç vaxt da düşünməmişəm ki, başqa kluba gedim. Düşünürəm ki, Allah izin versə , klubumuz da razı qalsa , performansım hər il də yaxşı olsa kariyeramı bir ilk edib burada bitirmək istəyirəm. Düzdü hər şeyi zaman göstərir ancaq bu gün və sabah ‘’Qarabağ’’dan getmək haqda düşünmürəm. İstəyimizlə realiq düz gəlmir bəzən, istəyimiz ən yaxşı klublardi amma realiq bize dur deyir bir yerdə, ancaq bir çox təkliflər gəlir və o təkliflərdə dəfələrlə qeyd edirəm ki, hər təkliflərdə birincisi Azərbaycan millisinə faydalı olacağımı düşünüb gedirəm, yəni o çempionat, o liqa kariyeramda məni hansı müsbətə doğru apara bilər. Bəzən eledə olub ki, danışdığım komandalar Azərbaycanın, Azərbaycan futbolunun adına layiq olmadığı üçün tərəddüd edib getməmişəm.

-Qarabağ sənin üçün nə ifadə edir ve avropada Azərbaycanı, işğal olunmuş Qarabağ torpaqlarımızı təmsil edərkən futbolçu kimi yox bir azərbaycanlı kimi hansı hissləri keçirirsen?

Əgər xatırlayırsınızsa keçen il Qarabağın adı dünyanın ən titullu yarışmasına qatıldı, orada adı səsləndi. Ümumiyyətlə özümü tanıyandan,özümü dərk edəndən nə edə bilərəm düşüncəsi olub məndə Qarabağ haqqında və bu düşüncə Qarabağ torpağları qayıdanadək məndə olacaq. Harda oynamağımdan asılı olmayaraq istər ölkədə , istərsə də xaricdə Qarabağın adı məndə ön sıralardadır.

-İlk dəfə neçə yaşında milliyə dəvət almısan?

İlk dəfə 15 yaşımda U-15 milli komandasına dəvət aldım, ondan sonra isə hər il ildən ilə U-17,U-19,U-21 və əsas milliyə dəvət aldım. 2013-cü ildə Berti Foksun rəhbərliyi altında ilk dəfə milli karyeram başlayıb.

-Qarabağda olan hansı öz oyunun nəyi ilə sənin ən yadda qalan oyunun olub?
Hər futbolçunun kariyerasında bir oyun olur hansı ki, qeyri - adiliyi ilə seçilir, mənim həyatımdakı önəmli və ən çox sevdiyim məğlubiyyət Kopenhagen məğlubiyyəti oldu. O məğlubiyyət bizə çox nəaliyyət qazandırdı, məğlub olduq və çox uğur qazandıq. Düşünürəm karyeramın ən önəmli oyunlarından biri elə həmin oyun idi.
-2018-ci il senin üçün nə ilə yadda qaldı?

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev ilə olan MÜSAHİBƏ

Qarabağla bağlı uğurlarımızı keçən ilki kimi olmasa da bu il də Avroliqanın qrup mərhələsini təmin edib oynadıq , düşünürəm bu il uğur qazandığımız məqam bu oldu, amma digər tərəfdən milli komanda ilə bağlı daha yaxşı nəticə göstərə bilərdik. Məsələn, Malta oyunlarındakı uğursuzluq, son oyundakı Kosovo ilə məğlubiyyət. Orta deyərdim və ortadan yuxarı qiymətləndirməzdim bu ili. Şəxsi həyatımda isə bir çox dostlarım ailə qurdu və bu da mənim həyatımda ən sevindirici hallardan biridir.

-Bu arada sosial şəbəkələrdə yayılan rəqs görüntülərini mən də izlədim, onu deyə bilərəm ki, çox bəyəndim, bunun üçün özəl dərslər almısan, yoxsa biz Qarabağlılar kimi sənində qaninda var?

Minnətdaram bəyəndiyiniz üçün (gülür). Mən fikirləşirəm ki, şəxsi həyatım gündəmdə olmamalıdır.Hər zaman çalışmışam sadə həyat sürüm.Müzakirə yalnız mənim işimlə bağlı olmalıdır.Bunun mənə faydaları var.Mənim işim haqqında olan obyektiv tənqidlər mənim işimə daha önəmli və daha məsuliyyətli yanaşmağıma gətirib çıxarır.Videoya gəldikdə isə bu video dostumun toyundan bir parçadır.Çalışmışam ki, məclisə uyğun iştirak edim.Qarabağlılar musiqi duyumlu olur, yəqin mənim də rəqs bacarığım ondan irəli gəlir (gülür).Heç bir rəqs dərsləri almamışam.

-Komanda yoldaşlarından kiminlə daha yaxınsan?

Otaq yoldaşım Arazdı , daha çox onunla danışıram çünki bütün təlim toplanış müddətində bir yerdə qalırıq, daha çox bir-birimizlə ünsiyyətdə oluruq. Xüsusi olaraq kimisə fərqləndirmək istəmirəm, çünki komanda yoldaşlarımın hər biriylə əlaqədəyəm, bir danışırıq, zarafatlaşırıq.

-Futbol kariyeranı bitirdikdən sonra nə planlaşdırırsan?

Düşünürəm indidən qərar vermək mənim üçün bir az çətin olacaq və bunu zaman daha yaxşı göstərəcək, amma sahəmin idman olduğu üçün əminəm ki, nə olursa olsun futbol məni daima özünə çəkəcək. Bəzən tam başqa bir sahəyə, başqa bir yönə getmək isteyirəm ki, təxminən 5-10 il dincəlim, sonra yenidən başlayaram amma hələ ki, bu gün elə bir planım yoxdu.

-Qara Qarayevin gizli istedadı və ya bacarıqları?

Xüsusi bir istedadım yoxdu, amma əlimdən hər şey gələr və hər şeyi də əgər istəsəm qısa bir müddətə öyrənə bilərəm. Sadəcə bizim idmanı bilirsiz ki, məşqlərimizdən başqa sahəyə vaxt ayırmaq çox çətin olur.
Sıx iş qrafikinə və vaxdının məhdud olmasına baxmayaraq mənə vaxtını ayırdığın üçün çox təşəkkür edirəm. Sənə bol uğurlar arzu edirem.
Nəzri Əlisoy

İnterPosta.info

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev ilə olan MÜSAHİBƏ

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26