Interposta.Info

“Ofsaydsız

İdman
 21-01-2017, 21:17     777

 “Ofsaydsız

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti FİFA-nın texniki inkişaf üzrə direktoru Marko van Bastenin futbolda bir sıra qayda dəyişikliyi, əsasən də ofsaydın ləğvi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.

Qol.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, məsələ ilə əlaqədar van Bastenin özüylə telefonla danışıb:

“Ona dedim ki, ofsaydsız futbol artıq futbol deyil, başqa bir idman növü olacaq. Əgər onlar (FİFA-dakıları nəzərdə tutur – red.) başqa idman növü yaraymaq istəyirlərsə, bunu bizə desinlər. Ofsaydla bağlı qaydanı dəyişmək çox çətindir. Mən yeni qaydaların əleyhinə deyiləm. Amma ilk növbədə onları testdən keçirmək lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26