Interposta.Info

Aprel döyüşlərinin iştirakçısı olan dünya çempionumuz: "Erməni ilə qarşılaşanda..."

Müxtəlif
 27-08-2018, 00:10     10 420

Döyüş növlərindən dünya çempionu, uşu sandaçı və eyni zamanda aprel döyüşlərinin iştirakçısı Toğrul Mikayılov 2020-ci ildə keçiriləcək İslam Oyunlarında qalib gəlməyi hədəfləyib.

O, interposta.info-a müsahibəsində bir çox mətləblərə aydınlıq gətirərək gələcək planlarından danışıb:

- Neçə yaşınızdan idmana başlamısınız?

Aprel döyüşlərinin iştirakçısı olan dünya çempionumuz: "Erməni ilə qarşılaşanda..."

- 12 yaşımdan idmana başlamışam. Demək olar ki, 10 ildir idmandayam. Beş dəfə respublika çempionu, avropa çempionu, asiya çempionu, dünya çempionu olmuşam. 2013-cü ildə avrasiya çempionu olmuşam.

- Qazandığınız nəticələrdən razısınızmı? Yoxsa daha da üstününə layiq olduğunuzu hiss edirsiniz?

- Hələ ki, razıyam. Bu uğurları daha da artırmaq istəyirəm.

Aprel döyüşlərinin iştirakçısı olan dünya çempionumuz: "Erməni ilə qarşılaşanda..."

- Qabaqda hansı yarışlar sizi gözləyir?

- Qabaqda Gürcüstanda peşəkar görüşüm olacaq. Daha sonra, oktyabrın 30-u İtaliyanın Kara şəhərində dünya çempionatı olacaq. Hazırda ora hazırlaşırıq. Bu yarışda mənim tələbəm Elnur İsayev də iştirak edəcək. Onu da böyük ümidlərlə yarışa göndəririk.

- Uşu idman növünün mənası nədir?

- Uşu Çin döyüş sənətidir. Çin dilindən tərcümədə Döyüş Sənəti deməkdir.

- Məşqçi kimi tələbələrinizin naliyyətlərindən razısınızmı?

Aprel döyüşlərinin iştirakçısı olan dünya çempionumuz: "Erməni ilə qarşılaşanda..."

- Bəli, tələbələrimizin naliyyətlərindən razıyam. İki-üç aydı məşqçi kimi fəaliyyət göstərirəm. Hələ ki, nəticələrdən razıyam. Hazırda tələbələrim Ağsuda keçiriləcək Respublika çempionatına hazırlaşırlar. Bu yarışdan böyük nəticələr gözləyirəm.

- Erməni və başqa millətdən olan idmançı ilə döyüşəndə hansı fərqləri hiss edirsiniz?

- Erməniylə döyüşəndə tamam başqa hiss olur məndə. Özüm aprel döyüşlərinin iştirakçısı olmuşam. Ona görə də ermənilərə nifrətim hədsizdir. Döyüşlərdə yalnız qələbəni fikirləşirsən. Orda uduzmağı fikirləşmirsən. Ancaq irəli addımlamağı, geri çəkilməyi qətiyyən fikirləşmirsən.

- Erməni idmançıyla rinqdə qarşılaşmısınızmı?

Aprel döyüşlərinin iştirakçısı olan dünya çempionumuz: "Erməni ilə qarşılaşanda..."

- Bəli, erməni idmançıyla bir dəfə 2012-ci ildə Gürcüstanda keçirilmiş yarışda qarşılaşmışam. Onu da elə birinci raundda nokaut eləmişəm.

- Bilirik ki, idmançıların çoxu ikinci bir işlə məşğul olur. Sizin necə, idmandan əlavə işiniz varmı?

- Mən idmandan əlavə gündəlik olaraq FHN-də yanğından mühafizə xidmətində işləyirəm. Digər bir fəaliyyətim təlim-məşq toplanışlarıdır.

- Xüsusi pərəstiş etdiyiniz idman və ya idmançı varmı?

- Daha çox taekvandoya pərəstiş edirəm. İdmançılardan isə Avropa oyunlarının qalibi Ayxan Tağızadə, Pərviz Abdullayev, Ramal Aslanov yaxınlıq etdiyim dostlarımızdır.
Gələcəkdə fəaliyyətim məşq keçdiyim klubu daha da yüksəklərə qaldırmaqdır. Əsas məqsədim 2020-ci ildə İslam Oyunlarında iştirak etmək və qalib gəməkdir. Mən buna inanıram. Federasiyamızın prezidenti Azər Həsənsoya da minnətdarlığımı bildirirəm. İstər mənəvi, istərsə də maddi cəhətdən hər zaman yanımızda olub.

- Federasiyanızın filialları varmı?

- Bəli, çox yerdə var. Uşu Sanda Federasiyasının hazırda Gəncədə, Ağsuda, Şamaxıda, Göyçayda, və digər yerlərdə fəaliyyət göstərir.

- Gənclərin münasibəti necədir bu idman növünə?

- Hələ ki, uşu sanda idman növü Azərbaycanda o dərcədə inkişaf etməyib. Çalışırıq ki, bu idman növünü daha da inkişaf etdirək. Xaricdə çox inkişafdadır, inşallah Azərbaycanda da inkişaf edəcək.

Elşən Yəhyayev

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26